- 10:50 Hərbçimiz qəzada həlak oldu
- 16:20 Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq
- 10:40 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib
- 10:40 Ramil Usubovdan yeni təyinat
- 10:30 “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradılıb
- 10:40 Hərbi Prokurorluq: Əsgər ölümünə görə 3 nəfər həbs edildi
- 10:40 Baş nazir Bakıda intihara cəhd edən şəxsi fikrindən daşındırdı
- 10:40 Bu gün XXI əsrin ən uzun “Qanlı Ay” tutulması olacaq
- 10:50 Ölkəyə qanunsuz dərman gətirən İran vətəndaşlarına həbs cəzası istənilib
- 16:10 Azərbaycanda 363 nəfər siqaret çəkdiyinə görə cərimələndi - DİN açıqladı
- 10:50 “25 milyon manatlıq əmlaka həbs qoyulub” - Kamran Əliyev
- 12:58 Yasamalda ağacların dibinə “kislota” tökməkdə şübhəli bilinən şəxs saxlanıldı

Baxış sayı: 48
loading...
İtaliya miqrantlara "Stop!" dedi: Götürün bunları, aparın - FOTO
Tarix: 25/8/2018
İtaliyanın Sahil Mühafizəsi Xidmətinin "Diciotti" gəmisindəki miqrantların taleyi hələ də müəmmalıdır. Aralıq dənizində xilas olunmuş miqrantlar Kataniya limanında dolaşa bilərlər. Lakin İtaliya DİN-nin icazəsi olmadan bir miqrant gəmini tərk edə bilməz.
OperativXeber.Az European-a istinadən bildirir ki, gəmidə 177 miqrant var. Onların 28-i uşaqlardır.
Hüquq müdafiəçiləri miqrantların "Diciotti" gəmisindən mümkün qədər tez buraxılmasını tələb edirlər. "Save the children" təşkilatının rəhbəri Cofanna di Benedetto İtaliyanın hakimiyyət dairələrinin miqrantlarla davranışını girovların götürülməsi ilə müqayisə edib: "Təbii, problemi Avropa Birliyi səviyyəsində həll etmək gərəkdir. Lakin indi gəmidə yardıma ehtiyacı olan, xəstə, Liviya həbsxanalarından çıxmış insanlar var. Orada işgəncələrlə, zorakılığın hər növü ilə üzləşmiş adamlar var".
Miqrantlar bir müddət əvvəl Maltada idilər. Lakin rəsmi Valetta onları qəbul etməyib və bunu miqrantların İtaliyaya yollanmaq istəyi ilə izah edib.
İtaliyanın baş nazirinin müavini Luici Di Mayo isə bəyan edib ki, əgər Avropa Birliyi miqrantlarla bağlı problemi həll etməsə, rəsmi Roma AB-yə illik üzvlük haqqı qismində 20 milyard avro ödəməyəcək.
Di Mayonun sözlərinə görə, gəmidəki miqrantlar Avropa Birliyi ölkələri arasında bölüşdürülməlidir.
İtaliyanın DİN başçısı Matteo Salvini isə miqrantların Siciliya adasında yerləşdirilməsini yasaqlayıb.
OperativXeber.Az

Fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər